​İranda ölənlərin sayı 25-ə çatdı

Baxış sayı:
3503

İranda etiraz aksiyaları zamanı ümumilikdə 25 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı İranın “Press TV” televiziyası yayıb. Televiziya həmçinin aksiyalar zamanı 400 nəfərin həbs olunduğunu bildirib.
Qeyd edək ki, bundan öncə İranda hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. İranın bir sıra mətbuat orqanları sonradan aksiyalar zamanı 3700 nəfərin həbs edildiyini bildirmişdi.