İranda möhtəşəm Qarabağ ETİRAZLARI: Yer-yerindən oynayır - VİDEO
1-03-2019 18:39
Baxış sayı:
9496
Hazırda Təbrizin “Traktor” futbol klubu İsfahanın “Sepahan” komandası ilə qarşılaşır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, oyunda ikinci hissə oynanılır və “Traktor” 2-0 hesabı ilə irəlidədir.
Oyunun əvvəlində başlayaraq, “Traktor” azarkeşləri Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakatın qaldırılmasına İranın icazə verməsi etiraza səbəb olub.