İranda kütləvi məzarlıqlar salınır - ŞOK GÖRÜNTÜLƏR / Video

Baxış sayı:
10933

Koronavirus İranı tam bürüyüb. Qonşu ölkədə virusun qeydə alınmadığı şəhər qalmayıb.
Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Tehran cəmi 4747 virus daşıyıcısı olduğunu bildirib. Rəsmi məlumatlarda 124 nəfərin həyatını itirdiyi deyilir.
Amma qeyri-rəsmi mənbələr faciənin miqyasının çox böyük olduğundan danışır. Hələ dünən axşam saatlarında İranda ölənlərin sayının 483 nəfər olduğu söylənilirdi. Bu gün daha böyük rəqəmlərdən danışılır.
Üstəlik, “Twitter”də paylaşılan videolar vahimə doğurur. Görüntülərdə kütləvi məzarlıqlar salındığı gözə dəyir. Sosial şəbəkə səhifələri bunun Kürdüstan ostanındakı Saqqız şəhərində baş verdiyini bildirir. Videolarda yüzlərlə meyitin basdırılacağı çoxlu məzarlar nəzərə çarpır.

İran'ın Saggız şehrinde Corona virüsünden ölenler için toplu mezarlar kazılıyor pic.twitter.com/SqQhm4qPqK

— Politic Türk (@politicturk) March 6, 2020