"İranda koronavirusdan ölənlərin sayı 50-dən çoxdur, nazirlik yalan danışır" - QUMDAN OLAN DEPUTATDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
5263

İranın rəsmi xəbər agentliyi "İRNA News"da koronavirusla bağlı yeni məlumat yayımlanıb.
 
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, İranın Qum şəhərinin millət vəkili Əhməd Əmirabadi İranda koronavirus səbəbilə ölənlərin sayının 50-dən çox olduğunu bildirib. Əmirabadinin koronavirusla bağlı verdiyi açıqlama belədir: "Qumda vəziyyət yaxşı deyil, virusa yoluxmuş xəstələri müalicə edən həkimlərin xüsusi geyimləri yoxdur. Bir çox aptekta qoruyucu maskalar belə tapılmır. Səhiyyə Nazirliyindən insanlara nə üçün yalan söylədiklərini soruşmuşam. Qum şəhəri karantinə alınmalıdır".
 
Xatırladaq ki, İrandan verilən rəsmi rəqəmlərdə isə koronavirusdan ölənlərin sayının 12 olduğu göstərilib.
 
Qeyd edək ki, açıqlamadan sonra Əhməd Əmirabadinin halı pisləşib və o, zaldan çıxarılıb. Oturduğu yer dezinfeksiya olunub.