İranda koronavirusdan ölənlərin sayı 2757-yə çatdı

Baxış sayı:
6717

İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 3186 nəfər artıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, bununla da İranda virusa yoluxanların ümumi sayı 41 min 495 nəfərə çatıb. Bundan əlavə, son 24 saatda ölkədə daha 117 nəfər virusdan dünyasını dəyişib və ölü sayı 2757 nəfərə yüksəlib.

Hazırda İranda yeni növ koronavirusa yoluxan 3511 nəfər reanimasiyadadır. İndiyədək 13 min 911 nəfər virusdan sağalıb.