İranda internet bərpa olunur

Baxış sayı:
6910

İranda internet bağlantısının bərpa olunmasına başlanılıb. Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün internetin açıldığı ölkənin cənubundakı Hormozqan ostanında “İnstagram” şəbəkəsi və “WhatsApp” mesenceri də işə düşüb. Qeyd edək ki, İranda baş verən iğtişaşlardan dolayı ölkədə internetə bağlantı kəsilmişti. Muxalifet.az