​İranda "Instagram"-a girişə məhdudiyyət aradan qaldırıldı

Baxış sayı:
1550

İran hakimiyyəti "Instagram"  sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.
APA-nın məlumatına görə, bu barədə bu gün "Fars" agentliyi məlumat yayıb.
Artıq evlərdə "Instagram" -a daxil olmaq mümkündür. İran hakimiyyəti bir GSM operatoruna tətbiq edilən məhdudlaşdırmanı da aradan qaldırıb.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Dekabrın 31-də  "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb.