İranda imam XALQA ÇAĞIRIŞ etdi: Səhnəyə çıxın...

Baxış sayı:
2935

Xalq artan problemlər qarşısında hökumət və parlamentin lazımi tədbirləri görməyəcəyi təqdirdə meydana çıxmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Məşhəd şəhərinin imamı Əhməd İlmulhuda deyib.
Məşhəd şəhərində cümə namazı zamanı xalqa xitab edən İlmulhuda İran xalqından etirazlar zamanı amerikalı casusların istəyi istiqamətində hərəkət etməmələrini, əksinə, hökumətin xalqın problemlərinə səssiz qalmaması üçün səhnəyə çıxmağı tələb edib.
İlmulhuda İranın iqtisadi baxımdan çətin günlər keçirdiyini və ölkənin zəif nöqtəsinin iqtisadiyyat olduğunu bildirib.