​İranda ilk sünni səfir qadın

Baxış sayı:
5161

İranda qadın səfir təyin edilib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, Hümeyra Riqi İranın Bruneydəki yeni səfiri vəzifəsinə təyin olunub. Bu barədə prezidentin birinci müavini İshaq Cahangiri məlumat verib.
Hümeyra Riqi İranın ilk sünni səfiri olaraq tarixə keçib. O, Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra 1979-cu il inqilabından bəri səfir olan üçüncü qadın olub.