İranda iğtişaşlar böyüyür - TƏBRİZDƏ 10 NƏFƏR YARALANDI

Baxış sayı:
13009

“Traktor Sazi” klubunun və Tehranın “Peykan” komandasının Təbrizin Azadi stadionunda keçirilən dünənki futbol matçında azarkeşlərin toqquşması nəticəsində 50-dən çox adam yaralanıb.

Muxalifet.az-ın məlumatına görə, virtualaz.org nasrnews.ir saytına istinadən bildirir ki, bununla bağlı Təbrizdə Şərqi Azərbaycan əyaləti administrasiyasının, təhlükəsizlik orqanları rəhbərlərinin iştirakı ilə, təcili iclası çağırılıb.

Təbriz sakini virtualaz.org-a verdiyi açıqlamada “Traktor Sazi”nin əvvəlki iki oyunda xal itirməsinin və üçüncü məğlubiyyətinin yerli azarkeşlərin qəzəblənməsinə səbəb olduğunu bildirib. “Traktor Sazi” azarkeşləri arasında ildırım sürət ilə belə bir xəbər yayılıb ki, İran Futbol Federasiyası Tehran komandalarından birinin (“Persipolis” və ya “İsteklal”) ölkə çempionu olması barədə gizli qərar qəbul edib. Bundan başqa, "Peykan"la oyun ərəfəsində Təbriz komandasının rəhbərliyi onların qapıçısının guya satın alınması haqda məlumat alıb. Bu da kifayət edib ki, " Traktor Sazi " azarkeşləri döyüşdə atılsınlar.

Hadisə meydançaya çıxan qəzəblənmiş azarkeşin təbrizlilərin kapitanını vurmasından sonra başlayıb. Polisin vuruşan azarkeşləri sakitləşdirmək cəhdi nəticə verməyib. Nəticədə dava tezliklə stadionun sərhədlərini aşaraq yaxınlıqdakı küçə və meydanlara keçib.

Təbriz küçələrində polislə toqquşmalar gecəboyu davam edib və iğtişaşlara çevrilib. Fanatlar avtomobillərə atəş açıb, barrikadalar qurublar. Polis isə su şırnaqlarından, dəyənək və bibər qazından istifadə edib. Bəzi məlumatlara görə, onlarla adam həbs olunub, Milli Qvardiyanın və fanatların onlarla nümayəndəsi yaralanıb.