İranda həyəcan təbili: 70 kənd boşaldılır

Baxış sayı:
9757

İranda 2 həftədir ki, davam edən sel fəlakəti səbəbindən təhlükə altında olan 70-ə yaxın kənd təxliyyə ediləcək.
Muxalifet.az xəbər verir ki, Xuzistan ostanında Dez və Xarkeh çaylarının daşması səbəbindən yerli idarəetmə orqanları təcili şəkildə kəndlərin boşaldılması əmrini verib.
Qeyd edək ki, Türkmənsəhra və digər bölgələrdə baş verən təbii fəlakət onlarla insanın ölümünə, infrastrukturun tamamilə dağılmasına yol açıb.