​İranda güclü ZƏLZƏLƏ: 76 yaralı - Yeni

Baxış sayı:
5377

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ İran vaxtı ilə 8.38-də qeydə alınıb.
Güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. Onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.
Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.