​İRANDA GƏRGİNLİYİ ARTIRACAQ HƏMLƏ - HƏBS EDİLDİ!

Baxış sayı:
4993

Muxalifət.az xəbər verir ki, İranda 2011-ci ildən bəri həbsdə olan “İrfan halqası” təriqətinin lideri Məhəmməd Əli Tahirinin edam qərarının ləğv edilməsindən sonra ona “yer üzündə fəsad yaymaq” ittihamı ilə 5 il həbs cəzası verilib.
“Yer üzündə fəsad yaymaq” İranda ən təhlükəli cinayətlərdən hesab edilir. Adətən, edamla nəticələnir. 61 yaşlı Tahiri Kirmanşahın qərbində dünyaya gəlib. Heç bir dini təhsil almayan Tahiri 2000-ci illərdin əvvəllərində sənət və mədəniyyət mərkəzi yaradıb. Tibbdən qanunsuz şəkildə istifadə etdiyi ittihamları ilə yanaşı, 2011-ci ilin may ayında həbs edilərkən ona “dini dəyərlərə xəyanət” və “yer üzündə fəsad yaymaq” ittihamları irəli sürülüb, ilk dəfə 2015-ci ildə edam cəzasına məhkum edilib. Lakin həmin ilin dekabrında Appelyasiya məhkəməsi bu qərarı ləğv edib və 5 il həbs cəzasına məhkum eləmişdi. 2 il əvvəl bitən bu qərardan sonra müvəqqəti olaraq təkrar həbs edilib. Lakin bu günlərdə yenidən “yer üzündə fəsad çıxarmaq” ilə ittiham edilərək, yenidən 5 illik həbs cəzası verilib. Tahirinin vəkili Tabatabai deyib: “Cəzanı yüngülləşdirəcək səbəblər nəzərə alınmayıb. Həmçinin, bu qərar İslam Cəza Qanunun 286-cı maddəsinə ziddir. Appelyasiya məhkəməsinə müraciət edəcəyik”.
Vəkil Tahirinin 2011-ci ilə qədərki davranışlarının 2013-cü ildə qüvvəyə minən qanunla qiymətləndirilməsinə də etirazını bildirib: “Qanunlar keçmişi nəzərdə tutmur və qanun qüvvəyə minməzdən əvvəlki davranışa görə hökm verilə bilməz”./Hurriyyet.org