İranda fövqəladə vəziyyət: XAMENEYİ TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASINDA

Baxış sayı:
2371

“İran Milli Təhlükəsizlik Komitəsi fövqəladə iclas keçirir. Adi zamanlarda iclası prezident aparır. İlk dəfədir ki, dini lider bu iclasda iştirak edir. Bu İran siyasetinde ilk dəfədir. Situasiyanın nə qədər ciddi olduğunu göstərir. Hal-hazırda bütün ekspertlərin diqqəti bu iclasdadır”.
Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, bu barədə Mərmərə Univeristetinin YaxınŞərq Araşdırmaları İnstitutunda çalışan İranşünas Bilgehan Alagöz danışıb.

"QARŞIDURMA İKİ ÖLKƏ ARASINDA QALMAYACAQ"
“Qısa zamanda gərginlik artacaq. Ancaq İranın qısa vədədə qarşılıq verəcəyi gözlənilmir. Çünki, onun nəticələri çox ağır olacaq. Bu gərginlik sadəcə iki ölkə arasında qarşıdurmayla nəticələnməyəcək. İsrailin, Səudiyyə Ərəbistanının və diğər tərəfdən də Türkiyənin də tərəf olmaq məcburiyyətində qalacağı bir vəziyyət ortaya çıxacaq”.
“İRANDAKİ SEÇİMLƏRƏ DƏ TƏSİR EDƏCƏK”
“İranda bir ay sonra fevralda parlament seçkiləri var. 2021-də Prezident seçkiləri var. Bu müddətdə dilin və siyasi ifadələrin kəskinləşməsi qaçılmazdır. Daha konservativ siyasət aktivləşəcək. İranda Ruhaninin təmsil etdiyi ”yumşaq xarici siyasət” meyli oyundan kənar vəziyyətə düşəcək. Sabiq prezident Əhmədinejad yönündə siyasi aktyor ortaya çıxacaq. Əhmədinejadla Xameneyi arasında problemlər var, onun üçün namizəd olması mümkün deyil. Ancaq onun təmsil etdiyi siyasətə yaxın namizəd otaya çıxa bilər”.
“İRAN SİYASƏTİ DƏYİŞMƏYƏCƏK”
İranın regional siyasəti dəyişməyəcək. Qasim Süleymani öldü deyə, İranın Livan, İraq, Suriya, Yəmən siyasəti dəyişməyəcək. Çünki İran siyasəti şəxslərin üzərində qurulmur. Bu inqilabdan sonrakı İranın yeritdiyi siyasətdir”.
“TRAMP FAKTORU”
Bu mövzuya dair təhlillər aparılarkən Tramp faktörünü unutmamaq lazımdır. İnqilab Keşikçiləri, ABŞ-ın “terrorçu” olaraq qəbul etdiyi qurumdur. ABŞ-ın rəsmi siyasətində Qasım Süleymani “terrorçu” olaraq tanınırdı. İranın iki ordusu var. Biri “Arteş”, o biri İnqilab Keşikçiləri - yəni “SEPAH”… ABŞ SEPAH-ı hədəfə aldı. Öz siyasətləri nöqteyi-nəzərindən ictimaiyyətə açıqlaya biləcəkləri mövzudur”.
“İRAN NƏZARƏTİNDƏN KƏNARDA BİR ŞEY OLMAYACAQ”
“Eyni zamanda psixoloji bir savaşdır. Süleymani əhəmiyyətli bir çox nişanın, medalın sahibi idi. Bu medallar onu sağ ikən İranın milli qəhramanı etmişdi. Onun ölümü hər hansı bir əsgərin ölümü kimi qəbul olunmayacaq… Həm İraq, həm İranda xalqdan güclü reaksiya olacaq. Amma İranın nəzarətindən kənar vəziyyət meydana gəlməyəcək”.
Muxalifet.az