​İranda fövqəladə vəziyyət - FOTO

Ötən gün keçirilən etiraz aksiyalarının ardınca Güney Azərbaycanın bir sıra iri şəhərlərində fövqəladə vəziyyət davam edir.
Musavat.com-a daxil olan məlumata görə, noyabrın 9-da axşam saatlarından etibarən silahlı polis və təhlükəsizlik qüvvələri etirazların keçirildiyi şəhərlərin küçə və meydanlarında nəzarəti ələ alaraq vətəndaşların sərbəst hərəkət etməsində məhdudiyyətlər yaradırlar. İri miqyaslı həbslərin aparıldığı bildirilir.
Xatırladaq ki, bir neçə gün bundan  əvvəl İranın dövlət televiziyasından yayımlanan, uşaqlar üçün nəzərdə tutulan “Fitilə” verilişində Azərbaycan türkləri təhqir olunmuşdu. Bununla bağlı olaraq noyabrın 9-da Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Xoy və digər iri şəhərlərində kütləvi etirazlar keçirilib. Aksiya zamanı yüzlərlə azərbaycanlının saxlanıldığı, yaralıların olduğu bildirilir.