İranda etiraz aksiyalarının ÜÇÜNCÜ GÜNÜ - İki nümayişçi güllələnib

Baxış sayı:
3026

İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.
"Reuters" xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.
Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.
KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.