İRANDA DƏHŞƏTLİ VİRUS SÜRƏTLƏ YAYILIR - 9 əyalətdə koronavirusa yoluxma təsdiqləndi

Baxış sayı:
3907

İranda koronavirusla bağlı rəsmi statistika açıqlanıb.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.

Bildirilib ki, ölkənin 9 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi və Həmədan əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib. Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 12-si ölüb, 3-ü isə sağalıb.