​İranda dəhşətli qum fırtınası... - Video

Baxış sayı:
1399

İranın Yəzd şəhərində güclü qum fırtınası davam edir.
Muxalifet.az xəbər verir ki, yerli sakinlər sosial şəbəkələrdə fırtınanın foto və videolarını yayımlayır.
Səma aprelin 16-dan tamamilə tozla örtülüb. Qasırğa tozu bütün şəhərə yayır, küləyin sürəti saatda 100 km-dən çox olur.
Qeyd edək ki, daha əvvəl qum fırtınası Misirdə bir adamın ölümünə səbəb olub. Əlverişsiz hava şəraiti səbəbindən Nil çayında gəmiçilik fəaliyyəti dayandırılıb.