İranda DƏHŞƏTLİ PARTLAYIŞ: Ölən və yaralananlar var

Baxış sayı:
265

İranın Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz kəməri partlayıb.
Partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Əhvaz rayonunun qubernatoru Camal Aləmi Nisi bildirib ki, partlayış nəticəsində su tankeri və avtobus da yanıb.
Nisi partlayışın qaz sızması nəticəsində baş verdiyini, hadisədə terror izi olmadığını qeyd edib./Publika