İranda DƏHŞƏT - Çox sayda ölü, yüzlərlə yaralı var / YENİLƏNDİ

Baxış sayı:
2519

İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd ölənlərin və yaralananların sayının artdığını deyib.

İran mediasının verdiyi xəbərə görə, o, 40 nəfər öldüyünü, 213 nəfər isə yaralandığını bildirib.

***

13:53

İranın Kirman şəhərində keçirilən general Qasım Süleymaninin cənazə mərasimində izdiham yaşanıb.

"Anadolu" agentliyi xəbər verir ki, hadisə zamanı azı 35 nəfər həyatını itirib, 50-yə qədər yaralı var. İran dövlət televiziyasının məlumatına görə, izdiham olduğunda təcili yardım briqadaları əraziyə yaxınlaşmaqda çətinlik çəkir. Buna görə də tələfatın artacağı istisna edilmir.

Xatırladaq ki, İran İslam İnqilabi Keşikçiləri korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ ordusunun hücumu nəticəsində öldürülüb./publika.az