İranda daşqın qurbanlarının sayı 70-ə çatdı

Baxış sayı:
1501

Ötən ayın sonunda İranda yağan leysan yağışlar səbəbindən bir çox vilayətdə başlayan daşqın qurbanlarının sayı 70-ə yüksəlib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, İranın 13 vilayətində qeydə alınan daşqın nəticəsində ölənlərin sayı artır. Qurbanların sayı daha çox Fars əyalətində qeydə alınıb. Burada 20-dən çox iranlı həyatını itirib.
Ölkənin məhkəmə-tibbi bürosunun rəhbəri Əhməd Sоcayinin sözlərinə görə, ölkədə daşqınlardan təxminən 500 adam zərər çəkib. Qeyd edib ki, Gülüstan və Mazandaran vilayətlərində 56 mindən çox sakinə maddi ziyan dəyib.