İranda dalğalanan "DİKTATORA ÖLÜM" şüarı - İraq və Suriyada İranın neft kontrabandası... - DETALLAR

Baxış sayı:
8883

https://lenta.ru/ “Ölüm! Diktatora ölüm!”- İranın 20-dən çox şəhərində aksiyalar bu şüar altında keçirilir. Hökumət dairələri cəmi 12 nəfərin öldüyünü desə də, Amnesty İnternationaldan hüquq müdafiəçiləri ən az 106 nəfərin öldüyünü bildirdilər. İİMK (İran ordusunun elit hissəsi) ölkəyə xeyli ziyan dəydiyini, etirazlara son qoyulmazsa, onlara qarşı tədbir görüləcəyini və tezliklə aksiyanın səngiyəcəyini, sakitləşəcəyini bildirdilər. Ertəsi gün isə Ayətullah Əli Xomneyinin portreti yandırıldı. Hökumət yanacaq qiymətlərinin artımına haqq qazandırsa da, aksiyalar fonunda yumşalmağa doğru meylləndi. Amma bu açıqlama vətəndaşları geri addım atmağa sövq etmədi, çünki narazılığın kökləri dərindədir: İranda artıq uzun illərdir ki, iqtisadi vəziyyət çox gərgindir. 2016-cı ilin statiktikasına görə əhalinin 40 faizi yoxsulluq həddində yaşayır. Amma hətta iki il bundan əvvəl də ölkə indikindən daha yaxşı səviyyədə idi. Problem hər şeydən əvvəl “neft lənəti”ndədir – qara qızıl ölkə iqtisadiyyatının əsasını təşkil edir, buna görə neftdə istənilən qiymət oynaması anında qiymətlərin qalxmasına təsir göstərir. Məlum olduğu kimi, Vaşinqton birtərəfli qaydada “nüvə razılaşması”ndan çıxdıqdan sonra İranını neft satışına qoyduğu limitlər, sanksiyalar bu vəziyyəti doğurdu. İranda ÜDM 2018-ci ildə 3,8 faiz düşdü: 2021-ci ildə 2 dəfə düşəcək. ABŞ ekspertləri elan edirlər ki, sanksiyalar ucbatından İran 50 milyard dollar itirdi. Ölkənin başqa bir problemi 2019-cu ildə 28 faizə qalxan işsizlik problemidir. Yanacağın qiymətinin qalxması əhalinin “səbr kasasını daşdıran son damla” oldu. Xatırladaq ki, bu 3-cü iri etiraz dalğasıdır. İnsanlar əsas narazılığı İran dini rejiminin xarixi siyasətidir: belə ki, Xamneyi bu ağır iqtisadi vəziyyətdə onsuz da məhdud pul resurslarını ölkə insanına deyil, dövlətin Yaxın Şərq siyasətinə- bu regionda geosiyasi xəttdə nöhkəmlənməyə, Əsədə yardıma, Hizbullahın maddi cəhətdən təminatı və saxlanılmasına, özünün regional imperiya kimi aparmaq istəyinə xərcləyir; cəmiyyətin islahat tələbləri həmişə arxa plana atılır – indisə istefa tələbləri “qapını sındırır”. “Azərbaycan işləsin – Livan, Qəzza xərcləsin”- şüarları etirazçıların dilindən düşmür. Ağırlaşan iqtisadi vəziyyəti müşahidə edən Vaşinqton isə altdan-altdan gülümsünür: “Hizbullah kimi iran kuklaları maliyyəninin azalmasından əziyyət çəkirlər. Bu qətiyyən şişirdilmiş təsvir deyil – şiə hərəkatı ianə formasında yardım yığmağa çağırdı. Bir ay ərzində 2 milyon dollar vəsait yığa bildilər". Amma bu vəsait “islam inqilabını” dünyaya yaymaq üçün kifayət deyil. Ekspertlər deyirlər ki, İslam İnqilabçıları Mühafizəçiləri Korpusu qonşu İraq və Suriyada irimiqyaslı neft kontrabandası həyata keçirirlər – “İran inqilabını yaymağa özünəməxsus üsulla kömək edirlər. Belə açıqlamalara inanmaq çətindir, çünki İİMK-nun əməliyyatları gizli aparılır, xüsusilə qanunsuz neft satışı ilə bağlı olanlar, amma təşkilat mənsublarının əhval-ruhiyyəsi bunun həqiqətə uyğun olduğunu deməyə əsas verir. Tehranın Vaşinqtonla mübarizə aparmaq və başqa dövlətlərin hökumətində, ordusunda öz adamlarını yerləşdirmək naminə ölkə vəsaitini öz insanına deyil, bu qaranlıq işlərə xərcləməsi İran vətəndaşlarını bezdirib. Onlara 40 il əvvəl baş vermiş bir inqilab bəs edib – o zaman ayətullah Xomeyni vəd etmişdi ki, əgər iranlılar onun ardınca getsələr vəziyyəti düzəldəcək. İndi insasnlar qışıqrırlar ki, borcları qaytarmaq vaxtıdır. Son İran inqilabı Əvvəlki etirazları işıqlandıran və İranı müşahidə edən ABŞ jurnalistləri indi yekdilliklə təkrar edirlər: bu inqilab Xameneyi rejimi üçün son olacaq. Son hakimiyyət dəyişikliyi 1979-cu ildə baş verdi. Etirazlar bir il davam etdi, insanlar iqtisadi islahat tələb etdi. O zaman İrandakı vəziyyət doğrudan da pis idi: daimi qida çatışmazlığı, hökumətin şəhərlərin inkişafı ilə məşğul olaraq kəndləri unutması - torpaqsız kəndlilər köç etməyə məcbur oldular, amma hətta böyük mərkəzlərdə də iş tapa bilmədilər. Nümayişçilər Şah Məhəmməd Rza Pəhləvinin istefasını tələb etdilər. Ölkəni tək idarə edirdi, nə hökumətə qulaq asırdı, nə də xalqı nəzərə almırdı; müxalifət partiyalarını qadağan etdi və bütün etirazları vəhşicəsinə yatırtdı. Şahı nə onu hakimiyyətə gətirən Amerikalı müşavirləri, nə də repressiya aparatı xilas etmədi. Qaçmağa məcbur oldu. Etirazçılar monarxiyanı ləğv etdilər və əvvəllər mühacirətdə olan Ayətullah İmam Xomeyninin başçılığı ilə yeni qurum yaratdılar – məhz o, insanları dövlət sistemini dəyişdirməyə və Şahı devirməyə çağırdı. 1979-cu ildə İran ilk İslam Respublikası elan edildi. Vaşinqton, Şahı qaçmağa inandıraraq, ölkədə təsirini bərpa etməyə çalışdı. Bu, uğur gətirmədi: İranlılar 1953-cü ildə təşkil edilən çevriliş üçün Amerika və İngilis xüsusi xidmət orqanlarını bağışlamadılar. 1979-cu ildə Amerika səfirliyinə hücum edərək iranlı tələbələr ABŞ-ın ölkələrinin siyasətinə yenidən müdaxilə etməsinə icazə verməyəcəklərini bəyan etdilər. İran xalqı məğlub oldu 40 il sonra, Tehran zərbə altında çapalamağa davam edir. 20 Noyabr, etirazların altıncı günü, prezident Həsən Ruhani elan etdi ki, "bölgənin mürtəce qüvvələri, Sionistlər və Amerikalılar" yenidən hökuməti devirməyə çalışdı və etirazlara müdaxilə etdi, ancaq İran xalqı qazandı. Ölkədəki gərginlik getdikcə azalır və prezident artıq etirazçıların vəziyyətini araşdırmaq üçün IİMK-yə tapşırıq verib. Bu, İran hökumətinin xarici müdaxilə ilə bağlı ilk istintaq tapşırığı deyil. Məsələn, 2018-ci ilin iyul ayında İsrailin siyasi kəşfiyyatı olan Mossadın agentləri, əsasən nüvə proqramı ilə əlaqəli 6,5 saat ərzində yarım ton gizli materialı oğurlamağı bacardılar. Oradakı məlumatlara əsaslanaraq İsrail ABŞ-a İranla bağlanmış “5+1-i bitirin” deyə siqnal verdi. Amerikalılar məsləhətə əməl etdilər. Bu kimi hallar vətəndaşlar arasında yeni suallar doğurur: niyə xarici düşmənlər bu qədər asanlıqla ölkənin daxili işlərinə qarışırlar? Ancaq hər şey o qədər də sadə deyil: rejimin düşmənləri təkcə İsrail və ABŞ deyil, illər əvvəl ölkədən qaçan və bir qayda olaraq şah rejimi ilə əlaqəli olan radikal təşkilatlar və miqrantlardır. Beləliklə, Şah Pəhləvinin qanuni varisi Şahzadə Reza Ayətullahı sərt tənqid edir və etirazlara birbaşa təsir edə bilər. O, Twitter səhifəsində yazdı: “Bu rejimə qarşı durmalısınız, o, İran xalqının tarixinə və mədəniyyətinə xəyanət edir. Yalnız qəzəb və ayrıseçkiliyi yaymaq istəyir”. Onun sözləri rezonans doğurdu: bu etirazlar həqiqətən son illərdə ən böyük aksiya oldu. 2017-ci ildə 25 ölü haqqında məlumat verilirdisə, indi - ən az 106 nəfərin öldüyü bildirilir. Ayətullaha təkcə inqilab səbəbindən deyil, 70-ci illərdən bəri iqtisadi vəziyyətin yaxşılaşdığı üçün hörmət olunurdu. Ancaq insanlar haqlı olaraq neft qiymətlərinin artması səbəbindən ərzaq qiymətlərinin artacağından qorxurlar: ölkə Qərb sanksiyalarına tab gətirmir. Hazırladı: Şükürova Ülviyyə Muxalifet.az