​İranda daha iki qadın başını açdı: Hicaba etiraz - VİDEO

Baxış sayı:
2470

İranda məcburi hicaba qarşı etiraz əlaməti olaraq daha 2 qadın baş örtüyünü açıb.
Muxalifət.az xəbər verir ki, adları mediaya bəlli olmayan qadınlardan biri aprelin 23-də Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Film Festivalı mərasimində məcburi hicaba etiraz olaraq baş örtüyünü açıb və hicabsız şəklini İnstaqram şəbəkəsində paylaşıb.
Analoji hal həmin gün Tehran parklarının birində də baş verib. Belə ki, gənc bir xanım baş örtüyünü açaraq hicabın zorla qadınlara qəbul etdirilməsinə etirazını bildirib.