​İranda daha bir şiddətli ZƏLZƏLƏ OLDU

İran-İraq sərhədinə yaxın bölgədə daha bir şiddətli zəlzələ olub.
Axar.az xəbər verir ki, Qəndil Rəsədxanası 5,1 ballıq zəlzələnin bir qədər əvvəl hiss edildiyini açıqlayıb.
Hələ ki, təfərrüatla bağlı məlumat yoxdur.
Qeyd edək ki, ötən gün İraq-İran sərhədində 7,2 bal gücündə olan zəlzələ böyük dağıntılara və tələfata səbəb olub. Kirmanşah əlayətində 3 günlük matəm elan edilib.