İranda "Buşer" AES-in ikinci bloku tikilir

Baxış sayı:
2545

İranda Rusiya mütəxəssislərinin iştirakı ilə Buşəhr AES-nin ikinci enerji qurğusunun inşasının başlanğıc mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat verib.

"Buşehr AES-də ikinci atom reaktorunun inşasına İranın atom enerjisi təşkilatının rəhbəri və İran və Rusiyadan gələn nüvə mütəxəssislərinin iştirakı ilə başlandı" , deyə məlumat verilib.
Daha əvvəl bildirilmişdi ki, 10 Noyabr Buşəhr AES-də fundament tökülməsi üçün rəsmi mərasim olacaq.
Mayın 3-də Dövlət Departamenti Vaşinqtonun İranın Buşehrdəki atom elektrik stansiyasının genişləndirilməsi üçün sanksiyalar tətbiq etməyə başlaya biləcəyini açıqlamşdı.
Muxalifet.az