İranda bığ yapışdırıb stadiona gedən qızlar həbs olundu

Baxış sayı:
1230

İran futbol çempionatını izləmək üçün süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edilib.
 
Teleqraf.com xəbər verir ki, qızlardan biri “Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.
 
Həbs olunan qızlar inzibati qaydada cəza alacaqlar.