İranda azərbaycanlı kanal rəhbəri HƏBS EDİLDİ

Baxış sayı:
3031

Güney Azərbaycanda “Milli düşüncə” Teleqram kanalının rəhbəri Səid Minai həbs edilib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. O, dünən Binab şəhərində İran təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
 “Milli düşüncə” Güney Azərbaycanda vətəndaş hüquqlarının müdafiəsi, ətraf mühitin qorunması və mədəni fəaliyyətlə tanınan kanaldır. Geniş izləyici kütləsinə malikdir. Bu kanal Güney Azərbaycanın xəbərlərini yayımlayır.
İqtidar tərəfindən həbs olunan Səid Minainin mobil telefonu və şəxsi əşyaları da müsadirə edilib.