İranda azərbaycanlı fəallar saxlanıldı
21-11-2019 00:13
Baxış sayı:
5598
Güney 0azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Meşkinşəhrdə İran polisi tərəfindən saxlanılan fəal məhkəməyə çıxarılıb.
Məhkəmədə ifadə verən Siyamək Seyfinin İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasına aparıldığı bildirilib.
Azərbaycanlı fəalın hansı səbəbdən saxlanıldığı hələlik dəqiqləşməyib.
Budan əlavə, Urmiyada Əli Əzizi və Salar Tahirinin də Əfşar ETTELAAT əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığı deyilir.
Fəallar kütləvi etiraz aksiyalarının 6-cı günü, noyabrın 20-də saxlanılıb.