"İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbəri yalandır" - TRAMPDAN TƏKZİB GƏLDİ

Baxış sayı:
3355

ABŞ Prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.

Dövlət başçısı bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

“İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, - deyə D.Tramp qeyd edib.

 

The Report of Iran capturing CIA spies is totally false. Zero truth. Just more lies and propaganda (like their shot down drone) put out by a Religious Regime that is Badly Failing and has no idea what to do. Their Economy is dead, and will get much worse. Iran is a total mess!

 
 

Virtualaz.org xatırladır ki, “Fars” agentliyi bu gün İranın İnformasiya (kəşfiyyat) Nazirliyinə istinadən yerli məhkəmənin ABŞ-ın xeyrinə casusluq etməkdə ittiham olunan 17 nəfər barəsində hökm verdiyi haqda məlumat yayıb.

Barəsində hökm çıxarılanların bəzilərinin edam cəzasına məhkum edildikləri bildirilir.