İranda 53 milyard barellik neft quyuları tapıldı

Baxış sayı:
196

İran prezidenti Həsən Ruhani yeni kəşf etdikləri ərazidə yüksək miqdarda neftin olduğunu açıqlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, İranda tapılan yeni neft quyuları Xuzistan əyalətində yerləşir. Bu barədə İran prezidenti Həsən Ruhani xəbər verib. 2 min 4 yüz kvadrat kilometr ərazini əhatə edən neft quyularında 53 milyard barel neft olduğu təxmin edilir.