​İranda 3 kürd edam edildi - Səbəb

Baxış sayı:
3466

Edam qərarlarını dayandırmaq üçün keçirilən bir çox beynəlxalq kampaniyalara baxmayaraq, İranda 3 kürd - Ramin Hüseyn Pənahi, Zanyar Muradi və onun qohumu Lukman Muradi edam edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Ramin Hüseynin qardaşı Emcəd Hüseyn Pənahi Tvitter hesabında yayıb. Məlumatı edam edilən Ramin Hüseynin vəkili də təsdiqləyib.
Qeyd edək ki, 24 yaşlı Ramin Hüseyn Pənahi 2017-ci il iyunun 23-də yaralı halda həbs edilmişdi. O, 2018-ci ilin yanvar ayında Allaha qarşı çıxmaqda, silahlı təşkilata üzv və dövlətə qarşı silahlı üsyan təşkil etməkdə günahlandırılaraq həbs edilmişdi.