​İranda 3 günlük matəm elan olundu - ZƏLZƏLƏDƏ 211 NƏFƏR ÖLDÜ

İranın zəlzələ baş verən Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.
Trend-in məlumatına görə, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 211-ə çatıb, təqribən 1600 nəfər xəsarət alıb.
Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.