İrana yeni sanksiya hazırlanır

Baxış sayı:
4132

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hook ABŞ-ın Dövlət Departamentinin fars dilində Twitter hesabı üzərindən paylaşdığı görüntülü mesajında İrana tətbiq olunacaq yeni sanksiya ilə bağlı açıqlama verib. ABŞ-ın Xarici İşlər Nazirliyinin sosial media hesablarına İranlı yüksək səviyyəli rəsmilərin ABŞ-da yaşayan yaxınlarının oturum icazələrinin ləğv edilməsi çağırışının gəldiyini bildirən Hook, "Bu yöndə çalışdığımızı deyə bilərəm” deyə qeyd edib. İranlı rəsmilərin yaşayış və ya təhsil məqsədilə yaxınlarını bu ölkəyə göndərməsinin "rejimin ikiüzlülüyünü" əks etdirdiyini önə sürən Hook, "Rejim rəsmiləri ABŞ-a ölüm şüarları səsləndirərkən ailələrini İran xalqının sərvətlərindən istifadə edərək yaşamaq və ya təhsil üçün sözdə Böyük Şeytana göndərir" deyə söyləyib. Hook Tehrana münasibətlərini dəyişmək məqsədilə təzyiq göstərdiklərini və bütün variantların istifadə edildiyini sözlərinə əlavə edib. Qeyd edək ki, ABŞ mərkəzli “NBC News”-un 3 dekabrda yaydığı xəbərə görə, İranda müxtəlif səbəblərlə həbsdə olan Amerikalıların ailələri Vaşinqton rəhbərliyinə İran hökumətinin yüksək səviyyəli rəsmilərinin yaxınlarının oturma icazələrini ləğv etməyə çağırmışdı. Müxalifət.az