İrana təzyiqlər olacaq, lakin... - Pompeo

Baxış sayı:
6160

Tramp administrasiyasının İran üzərində basqısı davam edəcək. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Lakin o bildirib ki, ölkəsi Tehranla savaş istəmir: “İranı hücumdan yayındırmaq üçün bir neçə dəfə mesaj verdik. Prezident D.Tramp müharibə istəmir və regiondakı maraqlarımızın qorunması üçün lazım olanı edəcəyik”.