İrana təhdid: “LAZIM OLSA, TEHRANI VURARIQ”

Baxış sayı:
6193

ABŞ-da səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Liberman, İranın istənilən bir hücumuna İsrailin eyni şiddətlə qarşılıq verəcəyini söyləyib.
 
İsrailin müdafiə naziri Aviqdor Liberman, Vaşinqtondakı yüksək səviyyəli Amerikalı rəsmilərlə görüşü ərəfəsində İran haqqında sərt bəyanatlar verib. İranın hər hansı təhdidinə biganə qalmayacaqlarını deyən Liberman, lazım gələrsə, Tehranı vuracaqlarını bildirib.
 
TEHRANI VURARIQ
 
Londonda nəşr olunan Səudiyyə qəzeti “Elaph”a müsahibə verən İsrailli nazir, “İran Təl-Əvivə hücum etdiyi təqdirdə, İsrail Tehranı vuracaq və Suriyada İsraili təhdid edən hər hansı bir İran hərbi obyektini məhv edəcək" deyib.
 
İSRAİL BƏDƏL ÖDƏMƏYƏ HAZIRDIR
 
İsrailin hər hansı bir müharibə ilə maraqlanmadığını deyən Liberman, ancaq Suriyadakı İran varlığını əngəlləmək üçün bədəl ödəməyə hazır olduqlarını deyib.
Müxalifət.az