İrana səfərə hazırlaşan baş nazir Netanyahu ilə danışdı

Baxış sayı:
5323

Yaponiyanın Baş naziri Şinzo Abe gələn həftəyə planlaşdırılan İran səfəri ərəfəsində israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışıb. Muxalifet.az xəbər verir ki, təqribən 30 dəqiqə davam edən danışıq zamanı Ş.Abe bildirib ki, onun səfərinin məqsədi Yaxın Şərqdəki gərginliyi azaltmaqdır. B.Netanyahu regionda sabitliyin bərpası və inkişaf üçün Ş.Abe ilə əlbir çalışmağa razılığını ifadə edib. Hər iki lider, eyni zamanda, ölkələri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlıq da daxil olmaqla geniş spektrdə məsələlərin həlli üçün əlaqələrin möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər. Ş.Abenin B.Netanyahuya telefon zənginin məqsədinin Yaxın Şərqdə sülhün və inkişafın əldə edilməsi üçün maraqlı tərəflərin dəstəyini almaqdan ibarət olduğu bildirilir.