İrana qarşı daha bir AÇIQLAMA BƏƏ-dən GƏLDİ – TƏZYİQ ARTIR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət Naziri Ənvər bin Məhəmməd Karkaş, ölkəsinin İran və İrana bağlı qruplar qarşısında əlləri bağlı qalmayacağını açıqlayıb.
 
“Tasnim” xəbər agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət Naziri Karkaş,çıxışında İranı region ölkələrinin daxili işlərinə qarışmaq və məzhəpçi siyasətl yürütməsi ilə bağlı ittiham edib.  Yəmən üsyançıları olan Husiləri dəstəkləyən İranı tənqid edən Karkas, İranın istehsal etdiyi ballistik raketlə ər-Riyadı hədəf aldığını deyib. Onun fikrincə, ər-Riyadın ballistik raketlə vurulması göstərir ki, İran bu raketləri təkcə ölkəsini müdafiə etmək məqsədilə istehsal etmir.
 
 ABŞ-ı DƏSTƏKLƏYİRİK
 
Biz "Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın, İran əleyhinə siyasətlərini bütün gücümüzlə dəstəkləyirik" deyən BƏƏ Xarici İşlər Naziri Ənvər Karkas, beynəlxalq ictimaiyyətin bu yöndə birgə hərəkət etməsinə ehtiyac duyulduğunu vurğulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin ər-Riyad rəhbərliyindəki Ərəb Birliyinə bağlı olduğunu bildirən Karkas, regionda baş verən proseslərin Səudiyyə Ərəbistanı və BƏƏ-nin xeyrinə olmadığını bildirib.
Müxalifət.az