İrana oğurluq neft satılır

Baxış sayı:
2170

İraq Məclisinin Mosuldan olan deputatı Şirvan Dubrani etdiyi açıqlamada, adını açıqlamadığı bəzi silahlı qrupların “Kayyara” neft quyularından gündə 100 tanker nefti İrana qaçaq yollardan satdığını söyləyib.
 
 Dubrani oğurluq neft satışının qarşısının alınması üçün Mosul Əməliyyat Komandanlığı tərəfindən vəzifələndirilən təhlükəsizlik əməkdaşlarının baş nazir tərəfindən geri çəkildiyini söyləyərək, "Olduqca yüksək nisbətdə kükürd ehtiva edən bu xam neft üçün bir zabitlə 3 fəhlə həyatını itirdi" - deyib.
 
HAŞDİ ŞABİ MOSULDAKI MÖVQEYİNİ TƏRK ETMİR
 
2014-ün iyununda terror təşkilatı İŞİD-ın işğal etdiyi Mosul şəhəri İraq ordusu ilə Şiə milis gücü Haşdi Şabinin 9 ay davam edən əməliyyatından sonra 2017-nin iyul ayında azad edilib. Ancaq 2 il keçməsinə baxmayaraq İranın dəstəklədiyi Haşdi Şabi milisləri şəhərdəki varlığını qorumağa davam edir.
Müxalifət.az