İrana kosmosa çıxmaqda israrlıdır: İkinci dəfə sınayacaqlar

Baxış sayı:
20617

İran prezidenti Həsən Ruhani paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin toplantısındakı çıxışında ölkəsinin peyk istehsalı və daşıyıcı raketlə bağlı münasibət bildirib.
 
“Yenidən sınayacağıq”
 
Ruhani 3 gün əvvəl buraxılan, ancaq orbitə çatmadani uğursuzluqla nəticələnən" Peyam" adlı peyklə bağlı, "Kiçik uğursuzluqlar baş versə də mühüm nailiyyətlər əldə etmişik. Kiçik problemlər gələcək aylarda ortadan qaldırılacaq və biz kosmosa raket göndərmək üçün yenidən hazırlaşacağıq" deyib.
İranın peyk istehsal etmə və daşıyıcı raket texnologiyası ilə bağlı mühüm nailiyyətlər əldə etdiyini bildirən Ruhani, "Bu texnologiya kənd təsərrüfatı, ətraf mühit və meşələrlə bağlı lazımi kəşfiyyat məsələsində böyük əhəmiyyətə malik və biz bu işə davam edəcəyik" deyib.
Müxalifət.az