​İrana görə Suriyada qalmalıyıq - Makron

Baxış sayı:
529

ABŞ, Fransa və müttəfiqləri İŞİD-i məğlub etdikdən sonra İranın təsir dairəsini daraltmaq üçün Suriyada mövcudluğunu davam etdirməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Foks Nyus”-a açıqlamasında deyib.
O bildirib ki, müttəfiq ordularının bu ölkədə qalmasını labüd edən səbəblərdən biri də yeni Suriya qurmaq planlarının olmasıdır:
“Regionda İŞİD məğlub edildikdən sonra da ABŞ, Fransa və müttəfiqləri, hətta Rusiya və Türkiyə belə yeni Suriyanın qurulmasında mühüm rol oynayacaq. Lakin gələcəyini əlbəttə ki, Suriya xalqı müəyyən edəcək”.