​İran yerli müdafiə sistemlərini sınaqdan keçirdi

Baxış sayı:
6748

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kosmik-Hava qüvvələri “Vəlayət-97” təlimləri zamanı “Hordad-3” və “Talaş” havadan müdafiə sistemlərini sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, “Hordad-3” sistemindən buraxılan Sayad raketinin uğurla hədəfi vurduğu deyilib.
Həmçinin “Talaş”dan da atılan 3 raket də müvəffəqiyyətlə hədəfə çatıb.
Qeyd edək ki, “Vəlayət-97” təlimləri ötən gün başlayılıb. Təlimlərin 500 kv/km ərazidə 2 gün davam edəcəyi deyilir.