İran yeni raketlərini sınaqdan keçirdi
31-10-2017 17:21

İsfahan əyalətində hərbi təlim zamanı İran Hərbi Hava Qüvvələri özünün istehsalı olan yeni aviabombaları sınaqdan keçirib.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, sınaq zamanı F-7 təyyarələrindən uzaqmənzilli idarə edilən bomba və yerli raketlər atılıb.
Hərbi Hava Qüvvələri həmçinin F-5 və HESA Saqeh təyyarələrindən hədəflərə 226 kiloqram ağırlığında bombalar da atıb.