​İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb

Baxış sayı:
2192

İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş  hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub.
Muxalifet.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.
Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb. 
Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.
Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir.