İran XİN rəhbərinin istefa səbəbi rəsmi açıqlandı

Baxış sayı:
6769

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi Suriya rejiminin rəhbəri Bəşər Əsədin İrana səfəri haqqında heç bir məlumat sahibi olmadığını söyləyib.
 
Əsədin İrana səfəri ilə bağlı Xarici İşlər Nazirliyindən etdiyi yazılı açıqlamada, Kasımi nazirliyin bu ziyarətlə bağlı məlumatlandırılmadığını bildirirək bu cür davranışı tənqid edib.
Kasımi açıqlamada, xarici işlər naziri Məhəmməd Cavad Zərif və bəzi diplomatların bu səfərin  təfərrüatı ilə bağlı məlumatlandırılmalı olduğunu qeyd edərək, "Ancaq Xarici İşlər Nazirliyinə səfərin heç bir mərhələsi ilə bağlı məlumat və xəbərdarlıq edilmədi” deyib və bununla da XİN rəhbəri Zərifin istefa səbəbini ortaya qoyub.
Müxalifət.az