İran XİN rəhbərindən müharibə açıqlaması

Baxış sayı:
10090

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-la heç bir müharibə olmayacağına inandıqlarını söyləyib. Zərifin Çin səfərində İran ilə ABŞ arasında müharibə olma ehtimalı soruşulub. Zərif suala "Əminik ki, ABŞ-la müharibə olmayacaq, çünki nə biz müharibə istəmirik, nə də bölgədə İranın qarşısına çıxmaq kimi yanlış bir fikrə düşən yoxdur" deyə cavab verib. Zərif ABŞ prezidenti Donald Trampın da İrana qarşı müharibə etmək istəmədiyini, ancaq ətrafındakı insanların onu buna sövq etməyə çalışdığını deyib. Müxalifət.az