İran XİN rəhbəri Zərif Trampı “terrorçu” adlandırdı

Baxış sayı:
175

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampı "terrorçu" olaraq xarakterizə edib. "İran Trampın sonunu görəcək, ancaq o İranın sonunu əsla görə bilməyəcək" deyib.
 
Zərif rəsmi səfərdə olduğu Pakistanın paytaxtı İslamabadda, Tehran-Waşington xəttində yaşanan gərginliklə bağlı İran mediasına açıqlama verib.
ABŞ rəhbərliyinin İrana yönəlik terrora dəstək ittihamına toxunan Zərif, "Tramp bir neçə dəfə İran xalqını terrorçu olaraq ittiham edib, ancaq bu ləqəb yalnız onun özünə yaraşır. Əgər bir terrorçu varsa, bu iqtisadi terror cinayətini işləyən Trampın özüdür" deyib.
 
İRAN TRAMPIN SONUNU GÖRƏCƏK
 
Trampın bazar günü Twitter hesabından paylaşdığı, "İran müharibə istəyirsə bu rəsmi olaraq İranın sonu olar" şəklindəki mesajına da cavab verən Zərif, "İran Trampın sonunu görəcək, ancaq o İranın sonunu əsla görə bilməyəcək. İran minlərlə ildir var və var olmağa davam edəcək. Yeni ortaya çıxan bir ölkə İran haqqında bu şəkildə danışa bilməz" deyib.
Müxalifət.az