İran XİN: “Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır”

Baxış sayı:
5065

İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.
TASS xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.
Bəyanatda bildirilib ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir.
"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün işğalına son qoymaq üçün, eləcədə Fələstin xalqının əsaslı hüquqlarının təmini məsuliyyətini dərk etməyə çağırır", bəyanatda deyilir.