İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törətdi - ÖLƏN VAR

Baxış sayı:
5101

İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törədib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 25-də saat 6 radələrində Qusar rayonunun "Samur" sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə "Volvo" markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.