​İran və Tehran Kərküklə bağlı razılaşdı: Müqavilə imzalandı

Bağdad və Tehran hər gün 30-60 min barrel Kərkük neftinin İrana ixracı ilə bağlı razılıq əldə edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İraqın Neft naziri Cabbar Laibi verib.
Liabi sözügedən məsələ ilə bağlı müqavilə imzalandığını bəyan edib: "Bu müqavilə İraq üçün Kərkük neftinin ixracı üçün təkan olacaq və İraq üçün iqtisadi faydaları olacaq. Bundan başqa, qonşu ölkələrlə iqtisadi əlaqələr möhkəmləndiriləcək".