​İran və İraqdan dollara ağır zərbə

Baxış sayı:
1090

İran və İraq hökuməti ticarət hesablamaları zamanı dollardan imtina etməyə qərara alıblar.
Muxalifet.az bu barədə Mehr agentliyinə istinadən xəbər verir.
İran-İraq ticarət palatasının sədri Yəhya əl-İsakın sözlərinə görə, tərəflər iki ölkə arasında ticarət əməliyyatlarında istifadə olunan valyuta siyahısından dolları çıxarıblar.
Bundan sonra hesablamalar avro, İran rialı və İraq dinarlarında aparılacaq.
Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, beynəlxalq ticarətin dollara bağlılığı tədricən böyük problemə çevrilir. Türkiyə prezidenti dolların beynəlxalq ticarətdəki dominantlığına qon qoymağa çağırıb.